...

CAR-da brakonyerlərin öldürdüyü kərgədanların sayı əhəmiyyətli dərəcədə artıb

Dünya xəbərləri Materials 1 Avqust 2021 05:06 (UTC +04:00)
CAR-da brakonyerlərin öldürdüyü kərgədanların sayı əhəmiyyətli dərəcədə artıb

Cənubi Afrika Respublikasında cari ilin ilk yarısında brakonyerlər tərəfindən öldürülən kərgədanların sayında əhəmiyyətli artım qeydə alınıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ölkənin ətraf mühit, meşələr və balıqçılıq naziri Barbara Krisi deyib.

O bildirib ki, bu il 249 kərgədan brakonyerlər tərəfindən öldürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83 heyvan daha çoxdur.

Xatırladaq ki, dünyada vəhşi təbiətdə yaşayan bütün kərgədanların təxminən 80 faizi Cənubi Afrikanın payına düşür. “Qara bazar”da 1 kq kərgədan buynuzunun qiyməti 60 min ABŞ dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti