...

Türkiyə Bosniya ilə ticarət dövriyyəsini ildə 1 milyard avro səviyyəsinə çatdırmaq istəyir

Dünya xəbərləri Materials 27 Avqust 2021 22:30 (UTC +04:00)
Türkiyə Bosniya ilə ticarət dövriyyəsini ildə 1 milyard avro səviyyəsinə çatdırmaq istəyir

Bakı. Trend:

Türkiyə Bosniya və Herseqovinaya dəstək vermək üçün səylərini davam etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelko Komşiçlə Sarayevoda keçirilən birgə mətbuat konfransında bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankara "regional təhlükəsizliyin açarı" olan Bosniya və Herseqovina ilə əlaqələrə xüsusi önəm verir:

"Türkiyə Bosniya ilə ticarət dövriyyəsini ildə 1 milyard avro səviyyəsinə çatdırmağa hazırdır. Əminəm ki, Bosniya və Herseqovinanın dünya səhnəsindəki mövqeləri daha sanballı ola bilər və biz bu işdə kömək etməyə hazırıq".

R.T.Ərdoğan Türkiyə vətəndaşlarının Əfqanıstandan çıxarılmasına da diqqət çəkib.

Türkiyə prezidenti qeyd edib: "Türkiyə vətəndaşlarından bütün mülki şəxsləri təxliyyə etdik. Hazırda Əfqanıstanda yalnız az sayda olan texniki heyət qalıb. Qalanların hamısı ölkəyə qayıdıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti