...

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları açıqlanıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2021 15:25 (UTC +04:00)
İqtisadiyyat üzrə Nobel mükafatının laureatları açıqlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi çərçivəsində sonuncu, iqtisadiyyat üzrə mükafatların laureatları açıqlanıb.

Trend-in məlumatına görə, bu il mükafatı amerikalı iqtisadçılar Devid Kard, Coşua Enqrist və Qvido İmbens əldə edib.

Onlar əmək iqtisadiyyatı ilə bağlı tədqiqatlara və səbəb-nəticə əlaqəsinin təhlilində töhfələrinə görə mükafata layiq görülüblər.

Qeyd edək ki, bu il amerikalı fizioloq Devid Culius tibb və fiziologiya üzrə, yaponiyalı meteoroloq və iqlimşünas Syukuri Manabe, almaniyalı okeanoqraf Klaus Hasselmann, italiyalı fizik Corco Parizi fizika, almaniyalı kimyaçı Benyamin List və amerikalı kimyaçı Devid MakMillan kimya, tanzaniyalı yazıçı Əbdülrazak Qurna ədəbiyyat, Filippinli jurnalist Mariya Ressa və rusiyalı jurnalist Dmitri Muratov sülh mükafatını əldə edib.

Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti