Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada son sutka ərzində 33 208 nəfər koronavirusa yoluxub, 1 002 nəfər isə vəfat edib.
Trend-in məlumatına görə, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstəricilər olub.Belə ki bir gün əvvəl ölkədə 32 196 nəfər yoluxmuş, 999 nəfər vəfat etmişdi.
Qeyd edək ki, bu günədək ölkədə koronavirusa yoluxanların sayı 7,96 milyona çatıb.
Ölənlərin sayı isə 222 315 nəfər təşkil edir.