...

Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib

Dünya xəbərləri Materials 22 Oktyabr 2021 06:37 (UTC +04:00)
Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib

Bakı. Trend:

İqlim dəyişikliyi bəşəriyyətin varlığı üçün təhlükədir, qlobal temperaturun 1,5 dərəcədən çox artması geri dönülməz nəticələrə səbəb ola bilər.

Trend-in məlumatına görə, bu barədə Baltimor şəhərində (Merilend ştatı) ictimaiyyət nümayəndələri ilə görüşü zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

C.Bayden bildirib: "İqlim dəyişikliyi bəşəriyyət üçün təhlükədir. ABŞ Prezidenti Donald Tramp İqlim üzrə Pairs Sazişindən çıxıb. Barak Obama administrasiyasında olduğum müddətdə bu razılaşma üzrə müzakirəsini yardım edirdim. Əgər temperaturun 1,5 dərəcədən yuxarı (artmasına- red.) çatsaq, biz yox olacağıq. Bu zarafat deyil. (Prezident kimi -red.) etdiyim ilk iş sazişə yenidən qoşulmaq oldu".

ABŞ Prezidenti Qlazqoda keçiriləcək iqlim konfransında 2035-ci ilə qədər elektrik enerjisinin istehsalı zamanı sıfır tullantıya nail olmaq üzrə öhdəlikləri açıqlayacaq: "Lakin biz 203-cu ilə qədər çox iş görməliyik".

C.Bayden həmçinin iqlim gündəliyinin məqsədlərinə nail olmaq və ekoloji problemləri həll etmək üçün vergi güzəştlərinin təklifi imkanının da olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti