...

Bağdadın qərbinə 3 raket düşüb

Dünya xəbərləri Materials 31 Oktyabr 2021 12:17 (UTC +04:00)
Bağdadın qərbinə 3 raket düşüb

Bakı. Trend:

İraqın paytaxtı Bağdad şəhəri raket hücumuna məruz qalıb.

Trend-in "Shafaq News" portalına istinadən verdiyi məlumata görə, üç raket şəhərin qərbində yerləşən Əl-Mənsur rayonunun ərazisinə düşüb.

Məlumata əsasən, hadisə nəticəsində bir neçə avtomobilə, qeyri-yaşayış obyektinə ziyan dəyib, xəsarət alan olmayıb.

Bildirilir ki, raket hücumunun hədəfi dövlət qurumlarının və xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona" olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti