...

Rabat 2022-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq

Dünya xəbərləri Materials 7 Noyabr 2021 02:55 (UTC +04:00)
Rabat 2022-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq

Bakı. Trend:

Mərakeş Krallığının paytaxtı - Rabat şəhəri 2022-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq.

Trend xəbər verir ki, bunu Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) baş direktoru Salem bin Məhəmməd əl-Malik Mərakeşin gənclər, mədəniyyət və kommunikasiyalar naziri Məhəmməd Mehdi Bensaid ilə görüşündə deyib.

Baş direktor bildirib ki, Rabatın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi qarşıya böyük vəzifə qoyur. O qeyd edib ki, təşkilatın mənzil qərargahı elə bu şəhərdə yerləşir.

Mərakeşli nazir öz növbəsində bildirib ki, bu qərar pospandemiya dövründə yerli və milli səviyyədə mədəni canlanmaya töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti