...

İtaliyada 5 yaşdan kiçik uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq

Dünya xəbərləri Materials 5 Dekabr 2021 08:39 (UTC +04:00)
İtaliyada 5 yaşdan kiçik uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq

Bakı. Trend:

İtaliyada 2022-ci ilin birinci yarısında 5 yaşdan kiçik uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanıla bilər.

Trend-in məlumatına görə, bunu "Sky tg24" telakanalının efirində İtaliyanın Dərman Agentliyinin (Aifa) prezidenti Corco Palu deyib.

C.Palo jurnlistin müvafiq sualına cavabında bildirib: "Bu, təbii ki, mümkündür".

O əlavə edib ki, ABŞ-ın "Moderna" və "Pfizer" şirkətləri artıq kiçik uşaqların peyvənd olunması üzrə sınaqlar keçirirlər: "Düşünürəm ki, bu, bir neçə ayın məsələsidir".

Qeyd edək ki, dekabrın 16-dan İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti