...

Daha bir ölkənin prezidenti koronavirusa yoluxub

Dünya xəbərləri Materials 13 Dekabr 2021 02:34 (UTC +04:00)
Daha bir ölkənin prezidenti koronavirusa yoluxub

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosanın COVID-19 testi müsbət çıxıb.

Trend xəbər verir ki, bu barədə məlumatı CAR dövlət başçısının dəftərxanası yayıb.

"Prezident Siril Ramafosa COVID-19-un yüngül simptomlarına görə müalicə alır. 12 dekabr 2021-ci ildə onun koronavirus infeksiyası üçün testi müsbət çıxıb", deyə məlumatda bildirilir.

COVID-19-a qarşı tam peyvənd olunmuş Ramafosa Keyptaunda özünü təcrid edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident David Mabuza icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti