...

Təbrizin mərkəzində bina çökməsi nəticəsində 12 nəfər xəsarət alıb (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 21 Dekabr 2021 22:36 (UTC +04:00)
Təbrizin mərkəzində bina çökməsi nəticəsində 12 nəfər xəsarət alıb (FOTO/VİDEO)

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində 5 mərtəbəli binanın çökməsi nəticəsində 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin direktoru Məhəmməd Baqir Hünərbər deyib.

M.Hünərbərin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Hünərbər əlavə edib ki, hadisəyə səbəb 1-ci mərtəbədə qaynaq balonunun partlaması olub:

"Ətrafdakı binalara ciddi şəkildə ziyan dəyib. Uçma təhlükəsinə görə binaların sakinləri təxliyə olunub", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti