...

Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib - ÜST

Dünya xəbərləri Materials 11 Fevral 2022 01:01 (UTC +04:00)

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 332 592 yoluxma halı və 12 005 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 402 044 502 nəfər yoluxub. Onlardan 5 770 023 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti