Bakı. Trend:
Donbassdakı münaqişənin bütün tərəfləri ağır silahlardan istifadəni dayandırmalı və atəşkəsə riayət etməyə qayıtmalıdırlar.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in baş katibi Helqa Şmid özünün "Twitter" səhifəsində yazıb.
"Mən bütün tərəfləri ağır silahları təhlükəsizlik zonasından çıxarmağa, atəşkəsə riayət etməyə və dinc sakinləri qorumağa çağırıram", - deyə H.Şmid bildirib.
Baş katib qeyd edib ki, ATƏT müşahidəçiləri Minsk razılaşmaları ilə qadağan olunmuş ağır silahlardan istifadənin intensivləşməsini qeydə alıblar: "Dinc əhalinin həyatını təhlükəyə atmaq yolverilməzdir".