...

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır - baş nazir

Dünya xəbərləri Materials 24 Fevral 2022 04:50 (UTC +04:00)
Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır - baş nazir

Bakı. Trend:

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır.

Trend-in "Yle" teleradioyayım şirkətinə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Sanna Marin parlamentdə çıxışı zamanı deyib.

"Böyük müharibə təhlükəsi indi uzun illər ərzində heç vaxt olmadığı qədər realdır. Milli təhlükəsizlik məsələsi kəskinləşərsə, Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır", - deyə baş nazir bildirib.

Qeyd edək ki, Finlandiya parlamenti üç saat ərzində xarici siyasət və təhlükəsizlik siyasətini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti