Vasilkov şəhəri uğrunda döyüşlər Ukraynanın qələbəsi ilə başa çatıb - Şəhər meri

Dünya xəbərləri Xəbər 26 Fevral 2022 10:35 (UTC +04:00)

Bakı. Trend:

Kiyev vilayətinin Vasilkov şəhəri uğrunda bütün gecə davam edən döyüşlər Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb.

Trend-in məlumatına görə, bunu şəhərin meri Natalya Balasinoviç bildirib.

O qeyd edib ki, hazırda döyüşlər səngiyib, şəhər ərazisində sakitlik müşahidə olunur.

Döyüşlər nəticəsində ölən və yaralananların sayı açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti