...

Aİ XİN rəhbərləri fevralın 27-də fövqəladə videokonfrans keçirəcəklər -

Dünya xəbərləri Materials 27 Fevral 2022 00:44 (UTC +04:00)
Aİ XİN rəhbərləri fevralın 27-də fövqəladə videokonfrans keçirəcəklər -

Bakı. Trend:

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətlə əlaqədar fevralın 27-də fövqəladə videokonfrans keçirmək niyyətindədirlər.

Trend-in məlumatına görə, bu barədə "TASS"a Aİ Şurasındakı ölkələrdən birinin nümayəndə heyətindəki mənbə bildirib.

"Bəli, nazirlər Ukraynadakı vəziyyəti müzakirə etmək üçün sabah videokonfrans vasitəsilə fövqəladə iclas keçirəcəklər", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, nazirlər Rusiyaya qarşı üçüncü sanksiyalar paketinin tətbiqi imkanlarını da müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti