...

Avropada təbii qaz qiymətləri yenidən 2 min dollar həddini keçdi

Dünya xəbərləri Materials 4 Mart 2022 16:14 (UTC +04:00)
Avropada təbii qaz qiymətləri yenidən 2 min dollar həddini keçdi

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün yenidən 2 min dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın aprel fyuçersləri 2 105 dollar ətrafında alınıb-satılır.

Son sutka ilə müqayisədə qiymətlər 10 faizdən çox artıb.

Xatırladaq ki, bir neçə gün əvvəl təbii qaz qiymətləri 2 279 dollaradək artmışdı. Ötən gün isə qiymətlər 1 700 dollaradək düşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti