Bakı. Trend:
Sumıda əhalinin təxliyəsinin birinci mərhələsi başlayıb.
Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko Telegram-da bildirib.
"Yaşıl dəhliz yaradılıb, təxliyyənin birinci mərhələsinə başlanılıb”, - o bildirib.
Timoşenko, həmçinin vətəndaşların getdiyi təxliyə karvanlarını əks etdirən video yayımlayıb.