...

"Equinor" bu il Avropa ölkələrinə qaz ixracını artıracaq

Dünya xəbərləri Materials 16 Mart 2022 13:32 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin "Equinor" neft-qaz şirkəti 2022-ci il ərzində Avropa ölkələrinə qaz ixracını 1,4 milyard kubmetr artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, həcmin artırılması Norveç Energetika Nazirliyinin hasilatın artırılmasına icazə verməsi hesabına mümkün olacaq.

Məlumata əsasən, Energetika Nazirliyinin icazəsinə əsasən, "Equinor" şirkəti "Oseberg" və "Heidrun" yataqlarından hasil olunan qazın ixracını artıra biləcək.

Şirkətin məlumatında deyilir ki, bu il ərzində qaz ixracının 1,4 milyard kubmetr artırılması Avropada 1,4 milyona yaxın evin qaz tələbatını qarşılaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti