...

Rusiya ilə kompromislərin formatları ümumukrayna referendumunda müəyyən ediləcək - Zelenski

Dünya xəbərləri Materials 22 Mart 2022 00:13 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlarda kompromislərin formatları ümumukrayna referendumunda müəyyənləşəcək.

Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski telekanallara müsahibəsi zamanı deyib.

V.Zelenski qeyd edib ki, "NATO üzvləri Rusiyadan qorxduqları üçün Ukraynanı Alyansa qəbul etmirlər".

"Sakitləşməliyik və deməliyik: "yaxşı, digər təhlükəsizlik zəmanətləri". Təhlükəsizliyin təminatçısı olmaq istəyən NATO ölkələri var ki, onlar da təəssüf ki, bizi Alyansda 100% üzvlüklə təmin edə bilmirlər, lakin onlar Alyansın biz üzv olduğumuz halda etməli olduğu hər şeyi etməyə hazırdırlar. Və məncə, bu, normal bir kompromisdir", - deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi məsələlərində söhbət konstitusiya dəyişikliklərindən və mövcud Ukrayna qanunvericiliyində dəyişikliklərdən gedəcək.

"Bütün danışıqlar qruplarına izah etdim; bütün bu dəyişikliklərdən danışanda, onlar tarixi ola bilərlər, biz heç yerə getməyəcəyik, referenduma gələcəyik. Xalq müəyyən kompromis formatlarını seçməli, cavab verməli olacaq. Lakin bu kompromislərin necə olacağı artıq bizim, Ukrayna ilə Rusiya arasındakı söhbətimiz və anlaşmamızın məsələsidir. Buna görə də mən hər bir halda xalqımla birlikdə olacağı təqdirdə hər şeyə getməyə hazıram", - deyə V.Zelenski əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti