...

ABŞ-da 6 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olan atışmanın iştirakçısı həbs edilib

Dünya xəbərləri Materials 5 Aprel 2022 00:46 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində 6 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olan silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı Dandre Martin hücum və qanunsuz odlu silah saxlama ittihamı ilə həbs edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən 100-dən çox giliz aşkar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti