...

CAR-ın Yohannesburq şəhərinin böyük hissəsi işıqsız qalıb

Dünya xəbərləri Materials 15 Aprel 2022 21:26 (UTC +04:00)
CAR-ın Yohannesburq şəhərinin böyük hissəsi işıqsız qalıb

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) iqtisadi paytaxtı - Yohannesburqun bir çox əraziləri işıqsız qalıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb şəhəri qidalandıran yarımstansiyaların birində baş vermiş yanğın olub. Meqapolis rəhbərliyi təxribat versiyasını istisna etmir.

"Biz Yohannesburqun elektrik sistemini sabotaj etmək üçün koordinasiyalı fəaliyyətlə qarşılaşmışıq. Yaranmış vəziyyətə təcili müdaxilə etmək üçün ölkə prezidentinə və prokurorluğa müvafiq bildiriş göndərmişik", - şəhərin meri Mfo Falatse bildirib.

O, qeyd edib ki, El Dorado Parkındakı yarımstansiyada baş verən yanğından əvvəl onun yaxınlığında cinayətkar elementlərin kriminal fəaliyyəti müşahidə olunub. Merin sözlərinə görə, quldurlar bahalı avadanlıqları, o cümlədən mis kabelləri oğurlayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti