...

ABŞ müdafiə xərclərini yenidən artırır

Dünya xəbərləri Materials 23 İyun 2022 00:37 (UTC +04:00)
ABŞ müdafiə xərclərini yenidən artırır

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitəsi gələn il üçün dövlətin müdafiə büdcəsi layihəsinə düzəlişlər edib.

Trend xarici mətbuata istinadla xəbər verir ki, bununla əlaqədar olaraq ölkənin müdafiə büdcəsi 37 milyard dollar artırılıb.

Dəyişikliklərin lehinə komitə üzvlərinin əksəriyyəti - 42 nəfər, əleyhinə isə 17 nəfər səs verib.

Qeyd edək ki, daha əvvəl ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2023-cü ildə hərbi büdcənin artırılması üçün əlavə 45 milyard dollar ayrılmasını təsdiqləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti