...

ABŞ 2023-cü ildə hərbi xərclərini 45 milyard dollar artıracaq

Dünya xəbərləri Materials 17 İyun 2022 03:49 (UTC +04:00)
ABŞ 2023-cü ildə hərbi xərclərini 45 milyard dollar artıracaq

Bakı. Trend:

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2023-cü ildə hərbi büdcənin artırılması üçün əlavə 45 milyard dollar ayrılmasını təsdiqləyib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, 2023-cü ildə ABŞ-ən müdafiə xərclərinin ümumi həcmi 847 milyard dollar təşkil edəcək.

Bu məbləğə silahlı qüvvələrin hərbi və mülki işçilərinə ödənişlərin 4,6% artırılması, yeni aviasiya, dəniz və quru qoşunlar üçün texnika, eləcə də sursatların alınması, Ukraynaya yardım daxildir.

Bundan əlavə, büdcəyə dənizdən buraxılan qanadlı nüvə raketinin hazırlanmasına nəzərdə tutulan xərclər də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti