...

Peruda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 27 İyun 2022 08:24 (UTC +04:00)
Peruda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Bakı. Trend:

Peruda meymunçiçəyi xəstəliyin ilk yoluxma halı respublikanın paytaxtı Lima şəhərində qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Lopes məlumat verib.

"Yoluxma halı paytaxtda qeydə alınıb. Pasient dünən bütün laborator müayinələrdən keçib, nəticələr meymunçiçəyinə yoluxmanı təsdiqləyib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, yoluxan şəxs xarici ölkənin vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti