Bakı. Trend:
Böyül Britaniyanın baş naziri Boris Consonun bu gün Mühafizəkarlar partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə BBC telekanalı bildirib.
Qeyd olunur ki, B.Conson payız aylarına qədər baş nazir vəzifəsində qalacaq, daha sonra Mühafizəkarların yeni sədri hökumətə başçılıq edəcək.
Xatırladaq ki, son bir neçə gün ərzində Conson hökumətindən 50-dən çox nazir və digər səlahiyyətli şəxs istefa verib.