Bakı. Trend:
İtaliyalı həkimlər iyulun 12-də 142 967 COVID-19-a yoluxma hadisəsi qeydə alıblar.
Trend-in məlumatına görə, bu barədə İtaliya KİV-ləri ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib.
Qeyd olunub ki, bu göstərici bir həftə öncəki analoji dövrlə müqayisədə 8,1% çoxdur.
Bundan əlavə, 157 nəfər koronavirusdan dünyasını dəyişib.