Bakı. Trend:
İsrail Səhiyyə Nazirliyinin baş direktoru Naxmaş Aş koronavirusa yoluxub.
Trend xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Məlumata əsasən, Səhiyyə Nazirliyinin mövcud təlimatlarına uyğun olaraq N.Aş özünü təcrid edib.
Qeyd edir ki, İsrail Səhiyyə Nazirliyinin baş direktorunun vəziyyəti yüngül kimi qiymətləndirilir.