...

İndoneziyada yük maşını məktəblilərin olduğu dayanacağa çırpılıb, ölənlər var

Dünya xəbərləri Materials 31 Avqust 2022 13:40 (UTC +04:00)
İndoneziyada yük maşını məktəblilərin olduğu dayanacağa çırpılıb, ölənlər var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın paytaxtı Cakarta yaxınlığında yük maşını məktəb qarşısındakı dayanacağa çırpılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində əksəriyyəti ibtidai sinif şagirdləri olmaqla azı 10 nəfər həlak olub. Daha 10-a yaxın şəxs xəsarət alıb.

Qeyd olunur ki, qəza zamanı dayanacaqda təxminən 20 nəfər olub.

Polisin məlumatına əsasən, dəmir daşıyan yük maşını sürücünün idarəetməni itirməsi nəticəsində telekommunikasiya dirəyini aşırıb və dayanacağa daxil olub.

Sürücü polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti