...

Britaniyada dənizdə dünyanın ən böyük külək elektrik stansiyası işə salınıb

Dünya xəbərləri Materials 31 Avqust 2022 19:42 (UTC +04:00)
Britaniyada dənizdə dünyanın ən böyük külək elektrik stansiyası işə salınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada dənizdə dünyanın ən böyük külək elektrik stansiyası tam həcmdə işə başlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Boris Conson öz "Twitter" səhifəsində yazıb.

"Hornsea 2" adlı elektrik stansiyası Şərqi Yorkşir qraflığının sahilindən 90 kilometr şərqdə, Şimal dənizində fəaliyyət göstərir.

Qeyd olunur ki, 165 turbindən ibarət külək elektrik stansiyası 1,3 milyon evi elektrik enerjisi ilə təmin etmək gücündədir.

2021-ci ildə bərpa olunan enerji mənbələri Böyük Britaniyanın elektrik enerjisi tələbatının 40 faizini təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti