...

Bayden G20 sammitində Si Cinpin ilə görüşəcəyinə əmin olduğunu bildirib

Dünya xəbərləri Materials 7 Sentyabr 2022 00:07 (UTC +04:00)
Bayden G20 sammitində Si Cinpin ilə görüşəcəyinə əmin olduğunu bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden noyabr ayında İndoneziyada keçiriləcək G20 sammitində Çin Prezidenti Si Cinpinlə görüşəcəyindən əmindir.

Trend xəbər verir ki, bu barədə C.Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Əgər Si Cinpin orada olsa, onu görəcəyimdən əminəm", - deyə ABŞ Prezidenti bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Vaşinqton və Pekin Co Bayden və Si Cinpin arasında görüşün təşkili üçün fəal səylərini davam etdirir. Lakin C.Kirbinin avqustun 31-də verdiyi məlumata görə, hələlik bu məsələ ilə bağlı yekun razılaşma yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti