Bakı. Trend:
Qırğızıstan-Tacikistan sərhədində silahlı atışma zamanı 4 hərbçi yaralanıb, yaxınlıqdakı kəndlərin sakinləri təxliyə edilir.
Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.
Məlumata əsasən, bu gün səhər yerli vaxtla saat 6:00-da Eki-Taş sektorunda Tacikistan sərhədçiləri atəş açıb. Saat 7:00-da Qızıl-Bel kəndində də atışma başlayıb.
Hazırda Qızıl-Bel, Kök-Taş, Tamdıq, Dostuk kəndlərində və Tort-Koço ərazisində atışma davam edir.
İlkin məlumata görə, 4 əsgər güllə yarası alıb.
Yerli sakinlər təhlükəsiz ərazilərə köçürülüb.