Bakı. Trend:
Dominikan Respublikasında 1-ci kateqoriyalı “Fiona” qasırğası nəticəsində ən azı bir nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə yerli "El Nacional" qəzeti xəbər verib.
Qeyd olunub ki, 72 yaşlı ölkə sakini güclü küləkdən sonra bağçasını təmizləyərkən dünyasını dəyişib. Hələlik xəsarət alanlar barədə məlumat verilməyib.
Bundan əvvəl ölkə hakimiyyəti Dominikan Respublikasının şərq bölgələrindən 1 minə qədər insanı təxliyə edib, bu bölgədə ən azı 11,5 min insan işıqsız qalıb.