...

Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub - İbrahim Kalın

Dünya xəbərləri Materials 22 Sentyabr 2022 02:01 (UTC +04:00)
Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub - İbrahim Kalın

Bakı. Trend:

Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın yazıb.

"Rusiya və Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə 200 hərbi əsirin mübadiləsi baş tutub.

Prezidentimizin intensiv diplomatik fəaliyyəti nəticəsində baş tutan bu mübadilə ölkəmizin apardığı sülh diplomatiyasının ən mühüm nəticələrindən biridir.

Türkiyə hər zaman sülhün tərəfdarıdır", - deyə İ.Kalın bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti