Bakı. Trend:
Dominikan Respublikasının Narkotik Dövriyyəsinə Nəzarət üzrə Milli İdarəsi ölkənin qərbində ümumi çəkisi 470 kq-dan çox olan kokain partiyasını ələ keçirib.
Trend-in məlumatına görə, bu barədə İdarədən xəbər veriblər.
Məlumata əsasən, kokain olduğu bağlamalar Barahona vilayətinin sahilləri yaxınlığında müsadirə edilib, narkotik vasitəsi gəminin göyərtəsində olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi şəbəkəsini təşkil etməkdə şübhəli bilinən 3 Dominikan Respublikası və 1 Kolumbiya vətəndaşı saxlanılıb.