Bakı. Trend:
Sentyabrın 30-da qiyamçı hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina-Faso prezidenti, podpolkovnik Pol-Henri Sandaoqo Damiba dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.
Trend-in məlumatına görə, bu barədə "Radio France internationale" radio stansiyası bildirib.
Qeyd olunub ki, Damiba oktyabrın 2-də Burkina Fasonu tərk edərək qonşu ölkə Toqoya yola düşüb.
Qeyd edək ki, sentyabrın 30-da Burkina-Fasoda dövlət çevrilişi edən bir qrup hərbçi Damibanı ölkə prezidentliyindən uzaqlaşdırdığını deyib. Kapitan İbrahim Traore Burkina Fasonun yeni lideri təyin edilib.