...

KXDR strateji qanadlı raketləri sınaqdan keçirib

Dünya xəbərləri Materials 13 Oktyabr 2022 06:10 (UTC +04:00)
KXDR strateji qanadlı raketləri sınaqdan keçirib

Bakı. Trend:

Koreya Xalq Demokrtaik Respublikasının "KCNA" dövlət agentliyi cümə axşamı, oktyabrın 12-də 2000 km məsafəni təxminən üç saata qət edən "uzaqmənzilli strateji qanadlı raketlərin" uğurla sınaqdan keçirildiyini elan edib.

Trend "TASS"a istinadən xəbər verir ki, Pxenyanın raket buraxılışlarını adətən ilk müəyyən edən Yaponiya, Cənubi Koreya və ABŞ bu raket sınaqları barədə məlumat verməyib.

Şimali Koreya lideri Kim Çen Inın rəhbərlik etdiyi sınaqda raketlər Sarı dəniz üzərində oval və 8 formalı trayektoriya üzrə 10234 saniyə hərəkət edib və bundan sonra qeyd edildiyi kimi “təxminən 2000 km məsafədəki hədəfi vurublar".

Bildirilir ki, bu raketlər "Koreya Xalq Ordusunun taktiki nüvə bölmələrində yerləşdirilib". Nüvə başlıqlarının onlara quraşdırılıb-quraşdırılamayacağı "KCNA"ın mətnində qeyd edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti