...

Səudiyyə Ərəbistanı ilə CAR arasında 15 milyard dollarlıq sazişlər imzalanıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2022 16:30 (UTC +04:00)
Səudiyyə Ərəbistanı ilə CAR arasında 15 milyard dollarlıq sazişlər imzalanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı ilə Cənubi Afrika Respublikası (CAR) hökumətləri arasında ümumilikdə 15 milyard dollar məbləğində sazişlər və memorandumlar paketi imzalanıb.

Trend-in məlumatına görə, sənədlər bu gün CAR prezidenti Siril Ramafosanın Ər-Riyada səfəri çərçivəsində imzalanıb.

Qeyd olunur ki, sazişlər dağ-mədən sənayesi, enerji, turizm, logistika, kənd təsərrüfatı kimi sahələri əhatə edir.

CAR prezidenti bildirib ki, Səudiyyə Ərəbistanı hökuməti "ACWA Power" şirkəti vasitəsilə ölkəyə 1 milyard dollardan çox investisiya qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti