...

Boris Conson Britaniyanın baş naziri postu uğrunda yenidən mübarizə aparmağa hazırdır

Dünya xəbərləri Materials 22 Oktyabr 2022 00:18 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının rəhbərinin və müvafiq olaraq növbəti hökumət başçısının seçkilərində iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Mühafizəkar Partiyasından olan parlamentin üzvü Ceyms Daddric telekanala bildirib ki, B.Conson hökumət başçısı yarışında iştirak etməyi planlaşdırır.

"Mən bunu edəcəm”, - deyə siyasətçi B.Consonun sözlərini sitat gətirib. O əlavə edib ki, indi keçmiş baş nazir Karib dənizindəki tətildən qayıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti