...

Somalinin paytaxtında hərbi bazada güclü partlayış olub, ölənlər var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 5 Noyabr 2022 23:08 (UTC +04:00)
Somalinin paytaxtında hərbi bazada güclü partlayış olub, ölənlər var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişo şəhərində hərbi bazada güclü partlayış baş verib.

Trend yerli "Goobjoog News" portalına istinadən xəbər verir ki, partlayış nəticəsində azı 15 nəfər həlak olub.

Xatırladaq ki, şəhərin Vadezir rayonundakı keçmiş fabrikin binasında yerləşən bazanın ərazisində terrorçu-intiharçı özünü partladıb.

21:45

Somalinin paytaxtı Moqadişo şəhərində hərbi bazada güclü partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə şənbə günü yerli "Garove" xəbər portalı məlumat yayıb.

Məlumata əsasən, Vadezir rayonundakı keçmiş fabrikin binasında yerləşən bazanın ərazisində terrorçu-intiharçı özünü partladıb.

Partlayış nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti