Bakı. Trend:
Amerikalı sahibkar və "Twitter"in yeni sahibi İlon Mask "müstəqil seçiciləri" ABŞ Konqresinə qarşıdan gələn seçkilərdə Respublikaçılara səs verməyə çağırıb.
Trend xəbər verir ki, bu barədə İ.Mask bazar ertəsi özünün "Twitter" səhifəsində yazıb.
"Hakimiyyətin bölüşdürülməsi hər iki partiyanın ən pis cəhətlərini çəkindirir, ona görə də prezidentin kabinetinin demokratlardan ibarət olduğunu nəzərə alaraq, Konqresdə Respublikaçılara səs verməyi tövsiyə edirəm", - deyə sahibkar bildirib.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 8-də baş tutacaq.