...

Sloveniyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

Dünya xəbərləri Materials 13 Noyabr 2022 10:21 (UTC +04:00)
Sloveniyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

Bakı. Trend:

Sloveniyada bazar günü prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

Trend xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə saat 10:00) 3000-dən çox seçki məntəqəsi açılıb.

Prezident seçkilərinin ikinci turuna iki namizəd keçib: ölkənin keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından deputat Anje Loqar və partiyasız namizəd, hüquqşünas Nataşa Pirts-Musar.

Səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti