...

Rusiyalı iş adamı ilə dəyişdirilən Qraynerin təyyarəsi Texasa enib

Dünya xəbərləri Materials 9 Dekabr 2022 16:28 (UTC +04:00)
Rusiyalı iş adamı ilə dəyişdirilən Qraynerin təyyarəsi Texasa enib

Bakı. Trend:

Rusiyalı iş adamı Viktor Butla dəyişdirilən amerikalı basketbolçu Brittni Qraynerin olduğu təyyarə Texasın San-Antonio hava limanına enib.

Trend xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xatırladaq ki, dekabrın 8-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la razılaşma nəticəsində rusiyalı iş adamı Viktor Butun Qraynerlə mübadilə edildiyini açıqlayıb.

Qrayner 4 avqust 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib və Rusiyada 9 il həbs cəzası, 1 milyon rubl cəriməyə məhkum edilib.

Viktor But isə 2008-ci il martın 6-da Tailandda həbs olunaraq ABŞ-a ekstradisiya edilib. Amerika məhkəməsi iş adamını ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə (FARC) silah satmaqda təqsirli bilib. But özünü təqsirli bilməsə də, 25 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti