...

“Orion” kosmik gəmisi Yerə qayıdıb

Dünya xəbərləri Materials 12 Dekabr 2022 05:07 (UTC +04:00)
“Orion” kosmik gəmisi Yerə qayıdıb

Bakı. Trend:

“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

“Orion” gəmisi San-Diyeqo yaxınlığında Sakit okeana enib.

NASA-nın ilkin məlumatına görə, gəmiyə heç bir ziyan dəyməyib.

Xatırladaq ki, NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi noyabrın 16-da orbitə buraxmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti