...

Almaniyada həbsxana əməkdaşlarını girov götürən məhbus zərərsizləşdirilib

Dünya xəbərləri Materials 13 Dekabr 2022 13:11 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Burq (Saksoniya-Anhalt) şəhərindəki həbsxanada məhbus bazar ertəsi axşam saatlarında müəssisənin iki əməkdaşını girov götürüb.

Trend TASS-a istinadən xəbər verir ki, həmin şəxs bir saat sonra zərərsizləşdirilib.

Əməkdaşları girov götürən şəxs 2019-cu ildə sinaqoqa hücum cəhdinə görə ömürlük həbs cəzası çəkən 30 yaşlı sağçı-ekstremist Stefan B. olub.

Məhkum həbsxananın digər əməkdaşları tərəfindən zərərsizləşdirilib. Onun yaralandığı bildirilir. Girovlar xəsarət almayıb.

2020-ci ilin dekabrında Stefan B. Halle şəhərində (Saksoniya) sinaqoqa hücum cəhdinə görə ömürlük həbs cəzasına məhkum edilib. O, iki qətldə, 68 nəfəri öldürməyə cəhddə, sağlamlığa xəsarət yetirməkdə, etnik nifrətin qızışdırılmasında və digər cinayətlərdə təqsirli bilinib. Stefan polis təqibindən qaçarkən yük maşınına çırpılıb və yalnız bundan sorna onu yaxalamaq mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti