Bakı. Trend:
Macarıstan Qətərlə qaz tədarükü ilə bağlı maliyyə danışıqlarına başlamaq üçün siyasi müqavilə bağlayıb.
Trend TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Dohada qətərli həmkarı Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüşündə deyib.
“Biz siyasi müqavilə bağladıq. Qətər Macarıstan şirkətləri ilə Avropa bazarına mayeləşdirilmiş təbii qaz tədarükünün genişləndirilməsinə dair danışıqlara başlamağa hazırdır. Macarıstan Qətərin mayeləşdirilmiş təbii qazını Xorvatiyanın Adriatik dənizi sahilindəki terminallar vasitəsilə qəbul edə bilər", - deyə Siyyarto bildirib.