...

Boris Consonun çıxışlarından qazandığı gəliri açıqlanıb

Dünya xəbərləri Materials 15 Dekabr 2022 10:13 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson vəzifədən getdikdən sonra çıxışları sayəsində üç ay ərzində 1 milyon funt-sterlinqdən (1,2 milyon dollardan çox) çox pul qazanıb.

Trend xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Conson noyabrda Amerika “Centerview Partners” investisiya şirkəti, “Hindustan Times” qəzeti və Lissabonda CNN telekanalının beynəlxalq sammitində üç çıxışı üçün qonorar olaraq 750 min funt-sterlinqdən çox pul alıb.

Oktyabr ayında o, CIAB (Sığorta Agentləri və Brokerləri Şurası) konfransında yarım saatlıq çıxışına görə isə təxminən 276 min funt-sterlinq qonorar əldə edib.

Xatırladaq ki, Conson iyulun 7-də Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti