Bakı. Trend:
İranın Xoy rayonunda baş verən zəlzələ nəticəsində yaralananların sayı 194 nəfərə yüksəlib.
Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadiq Motəmedian deyib.
İlkin hesablamalara görə, zəlzələdə təxminən 500 evə ziyan dəyib.
Qeyd edək ki, ötən gün İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.