...

Yaponiyada yaşayış kompleksində baş verən yanğında 4 nəfər ölüb

Dünya xəbərləri Materials 22 Yanvar 2023 06:53 (UTC +04:00)
Yaponiyada yaşayış kompleksində baş verən yanğında 4 nəfər ölüb

Bakı. Trend:

Yaponiyanın Kobe şəhərində yaşayış kompleksində baş verən yanğında azı 4 nəfər ölüb, bir o qədər də yaralı var.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, xəsarət alanlar ağır vəziyyətdə ən yaxın xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları gəlib. Onlar hadisənin hansı şəraitdə baş verdiyini öyrənmək üçün araşdırmalara başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti