...

"Toyota" 2022-ci ildə satışın 5,3 faiz artdığını açıqlayıb

Dünya xəbərləri Materials 30 Yanvar 2023 19:13 (UTC +04:00)
"Toyota" 2022-ci ildə satışın 5,3 faiz artdığını açıqlayıb

Bakı. Trend:

Yapon konserni "Toyota" və onun törəmə şirkətləri olan "Daihatsu" və "Hino" dünyada 10,48 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 0,1% azdır.

Trend-in məlumatına görə, bu barədə korporasiyanın bu gün dərc olunmuş hesabatında deyilir.

Beləliklə, "Toyota" ardıcıl üçüncü dəfədir ki, bu göstərici üzrə özünün əsas rəqibi alman konserni "Volkswagen"i geridə qoyub. Belə ki, "Volkswagen" 2022-ci il ərzində dünyada yalnız 8,26 milyon avtomobil sata bilib.

"Toyota"nın ötən il avtomobil istehsalı 5,3% artaraq 10,51 milyona çatıb.

Konsern ötən il ərzində bir neçə dəfə bu və ya digər ay üzrə istehsal və satış göstəricilərinə görə rekord göstəricilərə imza atıb. Şirkət bu müsbət nəticələri ilk növbədə Şimali Amerikada davamlı tələbin bərpa olunması sayəsində əldə edib. Bundan başqa, ehtiyat hissələrinin çatışmazlığı ilə bağlı vəziyyətin yaxşılaşması da öz müsbət təsirini göstərib.

"Toyota" və "Volkswagen" son illər ərzində dünyada avtomobil satışı üzrə liderlik uğrunda mübarizə aparır. 2020-ci ildə "Toyota" dördillik aradan sonra bu göstərici üzrə birinciliyi yenidən qazanıb və o vaxtdan bəri şirkətlər arasındakı boşluq ilbəil artmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti