...

İsveçrə növbəti qış üçün qaz ehtiyatı yaratmaq qərarına gəlib

Dünya xəbərləri Materials 1 Fevral 2023 18:49 (UTC +04:00)
İsveçrə növbəti qış üçün qaz ehtiyatı yaratmaq qərarına gəlib

Bakı. Trend:

İsveçrə qaz defisiti ehtimalına qarşı növbəti qış üçün qaz ehtiyatı yaratmaq qərarına gəlib.

Trend-in məlumatına görə, İsveçrə Federal Şurası ötənilki qətnaməsinin müddətini bir il uzadıb.

Qeyd edək ki, ölkənin builki qaz ehtiyatları bu qətnaməyə əsasən hazırlanmışdı.

Hakimiyyətin məlumatına görə, "2023-2024-cü illərin qışında mümkün qaz defisiti ehtimalına qarşı yenidən qaz ehtiyatı yaratmaq lazım olacaq".

Hakimiyyət "İsveçrənin demək olar ki, istehlak etdiyi bütün qazı idxal etdiyini" xatırladaraq öz ərazisində mavi yanacağın "mövsümi rezervuarları"nın olmadığını qeyd edib. Ölkə xaricindəki rezervuarlarda 6 TVt-saat həcmində İsveçrə ehtiyatı var ki, bu da İsveçrənin illik qaz istehlakının təqribən 15%-nə uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti